Onlayn ictimai-siyasi qəzet
Vergi orqanlarının açıqladığı məlumata görə, hazırda 739 min aktiv vergi ödəyicisindən cəmi 6.6 faizi və ya 42.6 mini əlavə dəyər vergisi (ƏDV) ödəyicisidir.
Musavat.com xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayevin hesablamalarına əsasən çox kiçik istisnalarla 2022-ci ildə Dövlət Vergi Xidməti vasitəsilə dövlət büdcəsinə təmin olunan 15.5 milyard manat vəsaitin təxminən 83 faizi bilavasitə ƏDV ödəyicisi kimi uçota alınan ödəyicilərin ödədiyi vergiləridir: “Bura hansı vergilər daxildir: hüquqi şəxslərin mənfəət vergisi, ƏDV (idxal ƏDV-si nəzərə alınmadan), yerli məhsullara aksizlər, mədən vergisi və qiyməti tənzimlənən məhsulların ixracına tətbiq olunan ödənişlər. 2022-ci ildə bu 5 tədiyə növü üzrə büdcəyə daxilolma 12,7 milyard manat olub.
Şübhəsiz ki, fiziiki şəxslərin gəlir vergisi, yol və və əmlak vergisində də ƏDV ödəyicisinin ciddi payı payı var. Amma təəssüf ki, əldə dəqiq fakt yoxdur deyə rəqəmlə ifadə etmək olmur.
Həmin 3 tədiyə üzrə də ƏDV ödəyicilərinin töhfəsi nəzərə alınsa, bu o deməkdir ki, ən kobud hesablama ilə vergi orqanlarının büdcəyə topladığı daxilolmaların ən azı 90 faizi cəmi 6,6 faizi vergi ödəyicisinin, ödənişlərin 10 faizi isə ödəyicilərin 93 faizinin hesabınadır”.
R.Ağayevin fikrincə, əslində vergi orqanları ən böyük paya malik 100, 1000 və 5000 ödəyicinin xüsusi çəkisinə dair məlumat da açıqlaya bilər.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ