İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycanda seçkilər azad, ədalətli və demokratik keçirilir" - VİDEO

"Bu, mənim Azərbaycanda müşahidə etdiyim ilk seçki deyil. Mən daha əvvəl parlament və prezident seçkilərini müşahidə missiyasında iştirak etmişəm. Bütün bu seçkilərin oxşar cəhəti azad, ədalətli və demokratik keçirilməsidir".

Musavat.com bildirir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı Volodimir Kreidenko mətbuat konfransında deyib.

Ukraynalı deputat qeyd edib ki, müşahidə etdikləri bütün məntəqələrdə seçicilər təzyiq olmadan öz istədikləri namizədə səs verərək, məntəqələri tərk ediblər:

"Biz Bakıda 10 seçki məntəqəsində müşahidə apardıq və eyni mənzərəni gördük. Hər kəs çox azad şəkildə gəlib öz namizədlərinə səs verirdi. Əlbəttə ki, Azərbaycan parlamentinin əvvəlki üzvləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə də bizim yaxın münasibətlərimiz var. Ukrayna müharibə şəraitindədir. Biz ümid edirik ki, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığı inkişaf etdirəcəyik. Biz Azərbaycanı strateji tərəfdaş olaraq görürük. Biz Azərbaycanın uğur qazanmasında maraqlıyıq.

Ümidvaram ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq yeni səviyyəyə yüksələcək".

 

Xalidə Gəray
Foto və video müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR