İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda meyitlərin yandırılması üçün mərkəzlər yaradılacaq - VİDEO

Azərbaycanda meyitlərin yandırılması üçün kremasiya mərkəzləri yaradılacaq.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.

O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir. Bu gün ölkədə müxtəlif din, etiqad nümayəndələri yaşayır. Onların etiqad azadlığı təmin olunur. Elə buna görə də meyitlərin yandırılması üçün xüsusi mərkəzlər yaradılacaq. Bu ona görə ediləcək ki, gələcəkdə hansısa etiqad nümayəndəsinin belə arzusu olduqda, bu, qanuna istinadən tənzimlənsin.

Ceyhun Məmmədov bildirib ki, meyitlərin yandırılması üçün nəzərdə tutulan xüsusi mərkəzlərlə bağlı araşdırma aparılır.

O da bildirilib ki, hazırda cəsədinin yandırılmasını istəyən az sayda insan var, bu kütləvi deyil.

Daha ətraflı videomaterialı təqdim edirik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR