İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda komandir rüşvətə görə HƏBS EDİLDİ

Azərbaycanda N saylı hərbi hissənin bölük komandiri həbs edilib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, kapitan Ağamali Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət almaqda ittiham olunur.

Pənahova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR