Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda meyvə bağına çəkilən xərclərin 50-60 faizini dövlət müxtəlif mexanizmlər vasitəsilə subsidiyalaşdırır. Bu, Azərbaycan dövlətinin aqrar sektora təmin etdiyi subsidiyanın bir istiqamətidir.Belə subsidiyalaşmanın əsas məqsədi ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar sektorun inkişafı, bu sahəyə yatırılan investisiyaların artırılması və sairdir.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov 2024-cü ilin yekunlarına həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, dövlətin aqrar sektora dəstək mexanizmlərindən biri də aqrar sığortadır. 2019-cu ildən başlanan bu mexanizmin əhatə dairəsi ildən-ilə genişlənir. Hazırda ölkədə olan 1,8 milyon hektar əkin sahəsinin 450 min hektara qədəri sığortalanır.
Bu müddətdə ASF-nin aktivləri 9 milyon manatdan 30 milyon manata yüksəlib. Bu, imkan verir ki, Fond tamamilə dövlət vəsaiti ilə fəaliyyət göstərməsin.
Musavat.com
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ