İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda DƏHŞƏTLİ qətl - YENİLƏNİB

İyulun 22-də saat 17 radələrində Abşeron rayonu Mexkalon qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Abbasov Sərdar Sərxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon Prokurorluğundan Musavat.com-a verilən məlumata görə, araşdırma zamanı 2005-ci il təvəllüdlü Mirzəyev Fərid Nafiz oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla Sərdar Abbasova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Fərid Mirzəyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

***

İyulun 22-də saat 17:30 radələrində Abşeron rayonu Mexkalon qəsəbəsində 2005-ci il təvəllüdlü Abbasov Sərdar Sərxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci Mirzəyev Fərid Nafiz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR