İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda DƏHŞƏT: ata-oğul qonşularını öldürüb kanala atdılar

Saatlı rayonunda itkin düşən Şirinbəyli kənd sakini 66 yaşlı Mirhəsən Mirabdulla oğlu Seyidovun meyiti su kanalında aşkar olunub.

Mirhəsən Seyidovun onunla ədavətli olan qonşuları - 45 yaşlı Elşad Elbrus oğlu Abbasov və onun 20 yaşlı oğlu tərəfindən məftillə boğularaq qətlə yetirildikdən sonra su kanalına atılması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Saatlıda 66 yaşlı Mirhəsən Seyidovun itkin düşməsi barədə xəbər vermişdik.    (lent.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR