Onlayn ictimai-siyasi qəzet
Qobustanda daha bir uşaq qızılcadan dünyasını dəyişib.
Musavat.com sputnik.az-a istinadən xəbər verir ki, Baxışlı Elmir Elbrus oğlu iki yaşında qızılcadan vəfat edib.
Atası Elbrus Baxışov bildirib ki, evdə digər iki övladı da qızılca olub, onlar sağalsa da, qızılcaya yoluxmuş balaca Elmiri xilas etmək olmayıb.
"Uşağı polikilinikaya müayinəyə aparmışdım. Həkim nə təyin etmişdisə edirdik. Dekabrın 8-də iki yaşını qeyd edəcəkdik, amma balam tələf oldu", - atası deyib.
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ