İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda daha bir uşaq qızdırmadan öldü

Gəncədə 4 yaşlı uşaq vəfat edib.

Hadisə Gəncə şəhəri 2 sayılı Uşaq Xəstəxanasında qeydə alınıb.

Gəncə şəhər sakini, 2021-ci il təvəllüdlü H.H qızdırma ilə xəstəxanaya çatdırılıb.

Tibbi müdaxilələrə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən Lent.a-a bildirilib ki, martın 10-da saat 09:30 radələrində 2021-ci il təvəllüdlü şəxs (kişi cinsli) ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilib.

Həkim müayinəsində olan azyaşlı zəruri müayinələrdən keçirilib. Vəziyyəti ağır olan azyaşlıya pnevmatoraks diaqnozu təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun 15:40 radələrində ölüm faktı qeydə alınıb. Ölümünə səbəb spontan gərginlik pnevmatoraksı, ürək-ağciyər çatışmazlığı olub./Lent.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Mart 2025

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR