İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bloklanmış IMEI kodlarla 1 005 737 dəfə şəbəkəyə qoşulma cəhdi olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların qanunsuz yollarla qeydiyyatdan keçirilməsinə qarşı intensiv mübarizə tədbirlərini davam etdirir.

Qurum mütəmadi olaraq monitorinq apararaq surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Surətinin köçürüldüyü aşkarlanan IMEI kodlara “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır.

Mübarizə tədbirləri çərçivəsində bu günədək 19 155 IMEI koda “klon” statusu verilərək bloklanıb. Həmin IMEI kodlar bloklanmamışdan öncəki 3 ayda 1 449 271 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bloklanmış IMEI kodlarla bu günədək 1 005 737 dəfə şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil cihazlar Azərbaycan telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində dövlət rüsumu ödənilməklə qeydiyyatdan keçirilməlidir. Təəssüf ki, bəzi hallarda qeydiyyat rüsumunu ödəmək istəməyən şəxslər (və ya sahibkarlar) daha əvvəl qeydiyyatdan keçmiş cihazların IMEI kodlarının surətini yeni cihazlara köçürüb satış həyata keçirirlər. Alıcı isə bu prosesdən məlumatsız olduğu üçün sonradan müəyyən çətinliklərlə rastlaşa bilir.

Bu cür hallarla qarşılaşmamaq və aldadılmamaq üçün mobil cihazları alarkən mütləq IMEI kodunu yoxlamaq tövsiyə olunur. Bunun üçün cihazın ekranında *#06# yığaraq IMEI kodunu öyrənmək, daha sonra portal.rinn.az saytına daxil olaraq “IMEI yoxlama” xidmətinə keçid etmək lazımdır. Ekranda görünən xanaya IMEI kodu daxil edib “Yoxla” düyməsinə klik edərək telefonun IMEI kodunun orijinallığını öyrənmək olar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR