İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 7 yaşlı uşaq əməliyyatdan sonra xəstəxanada öldü

Göyçay rayonunda 7 yaşlı uşaq cərrahi əməliyyatdan sonra xəstəxanada ölüb.

Musavat.com axar.az-a istinadən xəbər verir ki, rayonun Bığır kənd sakini, 2017-ci il təvəllüdlü, anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən, bununla bağlı daimi olaraq müalicə alan Vasif Cəlilli fevralın 5-də yaşadığı evdə yıxılaraq baş nahiyəsindən xəsarət alıb.

O, yaxınları tərəfindən təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

V.Cəlilli ilkin tibbi yardım göstərildikdən sonra cərrahi əməliyyat edilib. Buna baxmayaraq azyaşlı fevralın 7-də həmin xəstəxanada ölüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR