Onlayn ictimai-siyasi qəzet
Tovuzda əqrəb kənd sakinini sancıb.
Hadisə rayonun Qəribli kəndində baş verib.
Kənd sakini 24 yaşlı Aygün Hacıyeva yaşadığı evdə yorğan-döşəklərini sahmana salarkən onu ayaq nahiyəsindən əqrəb sancıb.
Yaralı dərhal ailə üzvilərinin köməyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib. Hazırda xəstənin vəziyyəti stabildir.//Azərtac
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ