Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda 15 dildə danışan robot - humanoid satışa çıxarılıb.
Musavat.com xəbər verir ki, "Pepper" dünyanın ən qabaqcıl və məşhur humanoid (insani) robotudur. Bakıda bir dənədir!
Humanoid bütün suallara cavab verir, rəqs edir, "Python" və "Android" proqramlarında proqramlaşdırma üçün uyğundur, əsl insan kimi davranır. Boyu 125 santimetrdir. Humanoidi satışa çıxaran şəxs onu 20 min manata təklif edir.
Humanoidin spesifikasiyası belədir:
- 22 (DOF) dərəcə sərbəstlik
- Nitqin tanınması və 15 dildə dialoq
- Onunla danışan insanı tanımaq və onunla qarşılıqlı əlaqə yaratmaq üçün qavrayış modulları
- Multimodal qarşılıqlı əlaqə üçün sensorlar, LED-lər və mikrofonlar
- İnfraqırmızı sensorlar, bamperlər, inertial qurğu, 2D və 3D kameralar və hər yönlü, avtonom naviqasiya üçün sonarlar
- Açıq və tam proqramlaşdırıla bilən platforma.
Humanoid dünyanın ən məşhur şirkətlərindən biri "Aldebaran France" tərəfindən hazırlanıb. Yaponiya və Fransa istehsalıdır.
Artıq insanabənzər robotlar evimizə ayaq açır. Bu isə yeni dövrün başlanğıcı deməkdir.
E.Məmmədəliyev,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ