İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana 18,1 milyon doza vaksin gətirilib

"Koronavirus pandemiyası başlayan gündən bu yana Azərbaycana 18,1 milyon doza vaksin gətirilib".

Musavat.com-un məlumatına görə, bunu TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə deyib.

O, pandemiya müddətində TƏBİB-in tabeliyində olan tibb müəssisələrində yüksək keyfiyyətli avadanlıqla təmin olunan 14 PZR laboratoriyalarının fəaliyyətə başladığını xatırladıb: "Koronavirusla mübarizə üzrə səfərbər edilmiş 46 tibb müəssisəsindən 43-ü TƏBİB tabeli tibb müəssisəsi olub. Ümumilikdə, ölkədə 300-dən çox məntəqədə vaksinasiya təşkil edilib və ölkəyə 18,1 milyon doza vaksin gətirilib. Xəstəliyin gedişatı ağır hesab edilməyən vətəndaşların ev şəraitində, poliklinikaların sahə həkimlərinin gündəlik nəzarəti əsasında müalicə almaları təşkil edilib. Bakı şəhərində bu tipli nəzarət funksiyasına 87 poliklinikanın xidmət ərazisini əhatə edən 41 məntəqə yaradılıb".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR