İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynadan taxıl ixracı üzrə sazişi alqışlayıb

Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynadan taxıl ixracı üzrə sazişin imzalanmasını və bu istiqamətdə Türkiyə və Birləşmiş Millətlər Təşkilatının uğurlu vasitəçilik səylərini alqışlayıb.

"Bu, qlobal ərzaq təhlükəsizliyinin zəifləməsi istiqamətində mühüm addımdır. Sazişin tezliklə yerinə yetirilməsinə ümid edirik", - Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva özünün Twitter mikrobloqunda yazıb.

Xatırladaq ki, ötən gün Ukrayna və Rusiya Qara dənizdə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınması ilə bağlı Türkiyə və Birləşmiş Millətlər Təşkilatı ilə sazişlər imzalayıblar. Tərəflər taxılın Qara dəniz vasitəsilə nəqlinin təhlükəsizliyini təmin etmək barədə öhdəlik götürüblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR