İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Türkiyədən Hindistana VACİB MESAJ

"Azərbaycan və Türkiyə liderləri Hindistanla Pakistan arasındakı qarşıdurmada İslamabadın mövqeyini dəstəkləsələr də, Ankara və Bakı Hindistan əleyhinə açıqlama verməyiblər. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Laçındakı çıxışlarında Hindistanla Pakistan arasındakı atəşkəsi və iki dövlət arasındakı dialoqu dəstəklədiklərini vurğulayıblar".

Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

ELXAN SON.jpg (74 KB)

Politoloq qeyd edib ki, bu mesaj Dehlidə doğru oxunmalıdır:

"Hindistandakı turizm şirkətlərinin vətəndaşlarını Azərbaycan və Türkiyəyə səfər etməyi boykot çağırışları Hindistanın özünə zərər vura bilər. Rəsmi Dehli Azərbaycan və Türkiyə əleyhinə çağırışların qarşısını almalıdır. Əks halda, bu, Hindistanın Türkiyə və Azərbaycanla əməkdaşlığına zərər vura bilər. Bu isə Bakı ilə Ankaranın seçimi olmayacaq".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

29 May 2025

BÜTÜN XƏBƏRLƏR