İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Əlcəzair arasında biznes məsləhətləşmələri aparılacaq

“Bu gün imzalanan sənədlər aktiv əməkdaşlığı növbəti mərhələyə çıxaracaq”.

Musavat.com-un APA-ya istinadən məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamra bildirib.

Ramtan Lamamra deyib ki, Azərbaycan və Əlcəzair arasında biznes məsləhətləşmələri aparılacaq: “Bu məsləhətləşmələrin iqtisadi əlaqələrin inkişafına təkan verəcəyinə inanırıq. Bu da hər iki ölkənin xalqlarının maraqlarına uyğundur”.

XİN başçısı qeyd edib ki, Azərbaycanın mətbuat nümayəndələrini də ölkələrinə dəvət edir: “Hər iki ölkənin siyasi iradəsi daha yüksək səviyyədə səfərlərin təşkilinə təkan verəcək. Bu da daha geniş müstəvidə əməkdaşlığa təkan verəcək. Bu aspektdə dostluq assosiasiyaları da yarana bilər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR