İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və BƏƏ XİN rəhbərlərinin telefon danışığı oldu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, telefon danışığı zamanı həmçinin iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nazirlər 2025-ci ildə siyasi, iqtisadi, ticarət, energetika, turizm və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar. 

Bununla yanaşı, digər beynəlxalq platformalarda əməkdaşlıq istiqamətləri, habelə Yaxın Şərqdə vəziyyət barədə fikir mübadiləsi aparılıb. 

Tərəflər müqəddəs Ramazan ayının başlaması münasibətilə təbriklərini, ən səmimi arzu və diləklərini çatdırıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR