Onlayn ictimai-siyasi qəzet
"HEYDƏR ƏLİYEV İLİ" kimi tarixə düşən 2023-cü ili böyük qürur və sevinc hissi ilə yola salırıq.
Bu il dövlətimiz və xalqımız üçün çox əlamətdar və tarixi hadisələrlə yadda qalacaq.
Düşünürəm ki, 2023-ildə baş verən 5 ən mühüm və tarixin şərəfli səhifəsinə yazılacaq hadisəni aşağıdakı kimi sıralamaq olar:
1. Yanvarda "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası"nın qəbulu. Bu,konsepsiyanı qəbul etməklə Azərbaycan növbəti illərdə milli hədəflərinin və strateji məqsədlərinin xüsusi istiqamətini elan etdi;
2. Apreldə Laçın yolunda dövlət sərhəd-buraxılış məntəqəsinin quraşdırılması. Bununla, Azərbaycan ərazi bütövlüyünü de-fakto bərpa etdi.
3. Sentyabrda Qarabağda anti-terror tədbirləri keçirildi. Bununla, Azərbaycan suverenliyni tam və birdəfəlik bərpa etdi;
4. 8 noyabrda, "Zəfər Günü"ndə Xankəndində hərbi paradın keçirilməsi. Bununla, Silahlı Qüvvələrimizin Qarabağda, o cümlədən bütün ölkə ərazisində ərazi bütövlüyümüzün və suverenliyimizin qarantoru olduğunu, eyni zamanda, erməni separatizminin kökünün birdəfəlik kəsildiyini dünyaya nümayiş etdirdik;
5. Dekabrda Azərbaycanın 2024-cü ildə COP -29 ev sahibliyi etməsi ilə bağlı BMT-nin yekdil qərarı.
Dünyanın ən mötəbər tədbirlərindən olan, 200 ölkədən 90 minə yaxın nümayəndələrin iştirak edəcəyi "İqlim Dəyişikliyi Sammiti"nin Azərbaycanda keçirilməsi haqqında qərarın özəlliyi o oldu ki, tədbirə ev sahibliyi uğrunda gedən mübarizədə Azərbaycanın çox ağıllı diplomatik və siyasi gedişi nəticəsində Ermənistan öz namizədliyini ölkəmizin xeyrinə geri götürdü. Bu, dost olmayan iki ölkə arasında indiyə kimi bənzəri olmayan hadisə idi.
Azay Quliyev, Millət vəkili
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ