İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü başa çatıb - YENİLƏNİB

Dekabrın 21-də Türkiyədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə hər üç ölkənin müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və üçtərəfli birgə təlimlərin keçirilməsinin vacibliyi, eləcə də regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.

Sonda kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilib.

***

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında görüş başa çatıb.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

***

Türkiyənin Kayseri şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında görüş başlayıb.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması müzakirə olunur.

Nazirlər eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, Zakir Həsənov dekabrın 20-də Türkiyəyə səfər edib.

27b0f2900031fc1a6edce516a6e8c8e9.jpg (113 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR