İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan silahları “IDEX-2025” sərgisində nümayiş olunur

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisi işinə başlayıb.

Musavat.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Sərgidə Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stenddə Azərbaycanın istehsal etdiyi atıcı silahlar, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, optik nişangah və cihazlar, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 100-ə yaxın müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.

Səfər çərçivəsində nazir V.Mustafayev bir neçə ölkənin dövlət rəsmiləri və iri şirkətlərin rəhbərləri ilə görüşlər keçirəcək. Eyni zamanda, MSN-in tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ilə xarici şirkətlər arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi üzrə sənədlərin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisində 132 mindən çox ziyarətçinin iştirakı gözlənilir. Tədbir fevralın 21-dək davam edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR