İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan şahmatçısı dünya reytinqində 16-cı yerə yüksəlib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2734) dünya reytinqində iki pillə irəliləyərək 16-cı yerə yüksəlib.

"Report" xəbər verir ki, o, FIDE-nin iyunun 1-nə olan reytinq cədvəlində ən yaxşı əmsala malik azərbaycanlı qrossmeysterdir.

Digər təmsilçilərimizdən Teymur Rəcəbov (2704) 30-cu, Rauf Məmmədov (2651) 82-ci pillədə qərarlaşıb.

Reytinq cədvəlinə Maqnus Karlsen (Norveç, 2830) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2805) ikinci, Hikaru Nakamura (ABŞ, 2794) üçüncüdür.

Qadın şahmatçıların siyahısında milli üzvlərindən Günay Məmmədzadə (2444) 29-cu, Gövhər Beydullayeva (2417) 39-cu, Ülviyyə Fətəliyeva (2399) 49-cu, Xanım Balacayeva (2385) 63-cü, Gülnar Məmmədova (2348) 99-cu yerdə qərarlaşıb.

Burada siyahıya Hou İfan (Çin, 2632) başçılıq edir. Onun ən yaxın izləyiciləri həmyerliləri Szyuy Venszyun (2558) və Ley Tinszedir (2548).

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR