İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Prezidenti: Qırğızıstanla əlaqələrimiz qardaşlıq əsasındadır

Qırğızıstanla bizim əlaqələrimiz qardaşlıq əsasındadır. Mənim Qırğızıstana dövlət səfərim çərçivəsində çox önəmli qərarlar qəbul edildi. Biz indi çox genişmiqyaslı əməkdaşlıq edirik.

Musavat.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə söyləyib.

“Bilirsiniz ki, Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradıldı. Qırğızıstan Prezidenti öz təşəbbüsü ilə Ağdam rayonunda bir məktəbin tikintisinə də dəstək göstərdi və onun təməlini biz birlikdə qoymuşuq. Bütün bunlar qardaşlıq təzahürləridir”, - dövlət başçısı əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR