Onlayn ictimai-siyasi qəzet
Üç həftə öncə Elmar Baxşıyevi sükan arxasına gətirən "Araz-Naxçıva" daha bir məşqçi ilə münasibətlərini rəsmiləşdirib.
Bu barədə Sportinfo.az-a klubun icraçı direktoru Eldəniz Yusifov məlumat verib.
Təcrübəli funksioner Xaqani Məmmədovun yeni korpusda yer alacağını bildirib:
"O, "Qəbələ" ilə məsələsini artıq həll edib. Bizə dedi ki, onlarla müqavilənin pozulmasına dair sənədə qol çəkib.
Qaydalara görə, məşqçi əvvəlki klubundan rəsmi surətdə ayrılmalıdır ki, başqa yerdə işə başlaya bilsin. Üç həftəyə yaxın idi ki, Xaqani Məmmədovun məsələsi açıq qalmışdı.
Detallardan xəbərsizəm. Eşitdiyimə görə, maliyyə şərtləri ilə bağlı fikir ayrılıqları olub.
Yenə yaxşı ki, danışıb problemi öz aralarında yoluna qoyublar. Bu gün onunla 2 aylıq müqavilə imzaladıq".
"Araz-Naxçıvan"ın baş məşqçi postundan istefa verən Azər Bağırovu Elmar Baxşıyev əvəzlədi.
Aprelin 8-də klubun yaydığı məlumatda Baxşıyevə daha öncə "Qəbələ"də birlikdə çalışdığı Xaqani Məmmədovla Rasim Ramaldanovun kömək edəcəyi bildirilmişdi.
Muxtar Respublika təmsilçisi bu müddətdə Premyer Liqada 3 oyuna çıxıb. Rasim Ramaldanov həmişəki kimi Baxşıyevin yanındadır. Lakin Xaqani Məmmədov gözə dəymir. Halbuki, klubla yeni sözləşməyə imza atıb.
Məsələnin dərinliyinə varıb əsl səbəbi öyrənməyə çalışdıq.
Məlum oldu ki, Məmmədovun texniki zonada yer ala bilməməsinin səbəbi "Qəbələ"ylə yaşadığı və hələ də davam edən problemə görədir.
Xaqani bəy "Qəbələ"dən öz xoşu ilə istefa verməsinə baxmayaraq, klubdan aprel və may ayları üçün nəzərdə tutulan maaşı tələb edir. Deyir, pulumu verin, xitam müqaviləsinə qol çəkim.
Klubdan ona öz xoşu ilə istefa verməsi və belə olduğu halda sözləşmənin qalan hissəsinin avtomatik qüvvədən düşməsilə bağlı məlumat verilsə də, o, bununla razılaşmır. İstənilən halda məvacibinin verilməli olduğunu israr edir.
"Qəbələ" müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verməyə hazırdır. Bunun üçün Xaqani bəy qol çəkməlid idi və o, artıq daşı ətəyindən tökmüş oldu.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ