Onlayn ictimai-siyasi qəzet
Yanvarın 12-də Azərbaycan-İran sərhədində zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun qeydlərinə əsasən, təbii hadisə Yardımlı stansiyasından 14 km şimalda, İran ərazisində, saat 23:27-də baş verib. Zəlzələnin maqnitudası 3,1 bal təşkil edib, ocağı isə 26 kilometr dərinlikdə yerləşib.
Seysmoloji Xidmətin məlumatına görə, zəlzələ hiss olunmayıb və hər hansı dağıntı qeydə alınmayıb.
Təbiət hadisəsinin ətraf bölgələrdə seysmoloji vəziyyətə təsiri ilə bağlı müşahidələr davam edir.
Musavat.com
13 Yanvar 2025
12 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ