Onlayn ictimai-siyasi qəzet
8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev avqustun 19-da Bakı Tennis Akademiyasında seçicilərlə növbəti görüş keçirib.
Ənənəvi olaraq himnimizin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra Azay Quliyevin səlahiyyətli nümayəndəsi və Seçki Qərargahının rəhbəri Səlim Səlimov tədbiri açıq elan etdi. O, qərargahın 10 gündür seçki kampaniyasını uğurla davam etdirdiyini diqqətə çatdıraraq bildirdi ki, “Azay Qulyevlə görüşün hər dəfə səmimi keçməsi onun göstəricisidir ki, dairədə yaşayan sakinlər Azay Quliyevin fəaliyyətinə dəyər verirlər, onu seçki prosesində tək qoymurlar və ən layiqli namizəd kimi dəstəkləyirlər. Əlbəttə, bu səbəbsiz deyil. Səbəbləri siz seçicilər daha dəqiq bilirsiniz. Söhbət ondan gedir ki, insanlar onun üçün çalışan, problemlərini öz dərd-səri bilən şəxsin yenidən bu dairədən deputat olmasına çalışırlar. İnanırıq ki, 1 sentyabr 2024-cü ildə seçicilər bir daha doğru seçim edərək, Azay Quliyevi yenidən deputat seçməklə illərlə qazanılan təcrübənin, deputat-seçici doğmalığının və ən vacibi isə deputatın ləyaqətlə seçicilərinə göstərdiyi xidmətin davam etməsinə səs verəcəklər ”.
Daha sonra çıxış edən Azay Quliyev davamlı dəstəyə görə seçicilərinə təşəkkürünü bildirdi: “Seçki Qərargahımızın üzvləri və könüllüləri hər gün sizlərlə təmasdadır, biz çalışırıq dairədəki seçicilərimizlə daha çox görüşək. Əslində, biz illərdir bir yerdəyik, daim görüşürük, mütəmadi olaraq əlaqədəyik. Düşünürəm ki, deputat-seçici münasibətlərində bundan dəyərli heç nə ola bilməz. İnanıram ki, sentyabrın 1-də hamınız seçkilərə gələrək bu birliyi qoruyub saxlayacaqsınız. Birlikdə Güclüyük!"
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ