İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev sülh sazişindən danışdı: "Azərbaycan hazırdır"

Vyanada ATƏT PA-nın qış sessiyasının ümumi komitələrinin birgə iclasında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev Azərbaycanın sülh gündəliyindən danışaraq bildirib ki, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsi çərçivəsində bir-birlərinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığı prinsipini qəbul edib.

Musavat.com-un xəbərinə görə, A.Quliyev qeyd edib ki, Brüssel, Praqa və Soçidə bu prinsiplər, o cümlədən Azərbaycanın təklif etdiyi 5 baza prinsipləri əsasında sülh müqaviləsinin imzalanması haqqında razılıq əldə olunub:

"Azərbaycan qısa müddətdə sülh sazişini imzalamağa, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamağa, bütün kommunikasiyaları açmağa hazırdır".

Azay Quliyev bildirib ki, erməni lobbisinin təsiri altında olan siyaçətçilər və ölkələr Azərbaycanın daxili işlərinə, o cümlədən Qarabağda yaşayan erməni vətəndaşlarla münasibətin qurulmasına müdaxilə etməkdən çəkinməlidir: "Belə qanunsuz müdaxilə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlik kimi qiymətləndirilir və qətiyyən qəbuledilməzdir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR