İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev seçicilərilə görüşdü, problemlərə dair qərarlar verildi

İyunun 5-də  deputat Azay Quliyev 7-ci mikrorayon, Fərman Məlikov küçəsi, 1, 1q, 1b, 1v, 2a, 2b, və 3a, 3b, 3v saylı binaların həyətində seçiciləri ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, görüşdə iştirak edən seçicilər pensiya təminatı, əfv, məhkəmə, abadlıq, qanunsuz tikililər, məşğulluq, taksi nəqliyyatı sahəsində tətbiq olunan yeniliklər və digər sosial məsələlərlə bağlı deputata müraciətlərini çatdırıblar.

Deputat Azay Quliyev qaldırılan məsələlərin hər biri üzrə aidiyyəti dövlət qurumlarına rəsmi sorğuların göndəriləcəyini və onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Bakı filialının müdir müavini Cahandar Axundov iştirak edib.

Musavat.com

c78f6e98-ca7c-4177-8737-f46236021ae5.jpg (105 KB)

3111a929-b219-4f98-ae22-5c42c3b7f3a8.jpg (107 KB)

032fdd12-15e7-46d1-9524-4903c983ae75.jpg (121 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR