İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL-ın prezidenti təyyarə qəzası ilə bağlı İLK DƏFƏ DANIŞDI

Ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb.

Bunu AZAL-ın prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu, bizim üçün çox böyük hadisə idi:

“Məsələ araşdırılır və səbəbləri barədə ictimaiyyətə məlumat veriləcək. Allah həlak olanlara rəhmət, sağ qalanlara şəfa versin”.

S.Rzayev sağ qalanların ölkəyə gətirmə prosesinə də aydınlıq gətirib:

“Sağ qalan şəxslərin ölkəyə gətirilməsi günün ikinci yarısında həyata keçiriləcək. Həyatını itirən şəxslərin cənazəsi isə iki gün ərzində gətiriləcək. Təyyarənin qəza səbəbi barədə nəsə demək tezdir. Hazırda detallı araşdırılma aparılır. Qara qutu tapılıb. Qara qutunun oxunması isə bağlı qanunvericiliyə uyğun proseslə hərəkət ediləcək”.//Report

@@TVmusavat/104366@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR