Onlayn ictimai-siyasi qəzet
Çexiyanın xarici işlər naziri Yan Lipavski “Azadlıq” radiosunun bağlanmasından xilas olmaq üçün Avropaya ildə 120 milyon avro ayırmağı təklif edib.
Musavat.com ArbatMedia-ya istinadla xəbər verir ki, bu, Trampın medianı maliyyələşdirməyi dayandırmaq qərarına cavabdır.
Yan Lipavskiin fikrincə, totalitarizmin öz sərhədləri yaxınlığında möhkəmlənməsinin qarşısını almaq üçün belə medianın işi Avropa üçün vacibdir.
Bundan əvvəl Donald Tramp administrasiyası “Azadlıq” və “Amerikanın səsi” radiolarına pul ayırmağı tamamilə dayandırıb. Şayiələrə görə, bu işdə İlon Maskın əli var, o, Trampı inandırıb ki, bu mediada çoxlu solçu ideyalar var.
Musavat.com
17 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ