Onlayn ictimai-siyasi qəzet
Meyxanaçı Vüqar Əbdülov gənc meyxanaçıların qışqıra-qışqıra oxumasını tənqid edib.
Musavat.com axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "El canlı" verilişində danışıb. O bildirib ki, indi meyxanaçıların hamısı mərhum meyxanaçı Aydın Xırdalanlını təkrarlayır:
"Yoluxublar. Aydın Xırdalanlının səsində boğuqluq var idi, tonallığı tutmaq üçün çətinlik çəkirdi və qışqırırdı. Sözün altında məna olanda emosiaları da gizlədə bilmirsən. Buna da cavanlar yoluxub. Bir müddət insan belə davam edir, ta özünü tapana kimi. Rəşad Dağlı da o məktəbi davam etdirdi. Deyilənə elə cavab verdilər. Təzə gələnlər də ona yoluxublar. Hərə öz yerini alandan sonra yaxşı olacaq. Zorla deyilən sözün də altında məna olmalıdır".
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ