Onlayn ictimai-siyasi qəzet
“Turan Tovuz” – “Sabah” oyununda ağır zədə alaraq oyunu tərk edən “Turan Tovuz”un futbolçusu Denis Marandiçi dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Musavat.com Futbolpress.az-a istinadən xəbər verir ki, zədəsi ağır olduğundan Denis Marandiçi ilkin təcili yardımdan sonra Mərkəzi Klinika Gəncə Xəstəxanasına aparılıb. Fibula sümüyünün tam yerini dəyişmiş sınığı və tibia sümüyünün yerdəyişməmiş sınığı aşkarlanan futbolçun ayağı gipsə qoyulub.
Klub həkiminin və xəstəxananın rəyinə əsasən futbolçunun Bakı şəhərində əməliyyat olunması nəzərdə tutulub. Qeyd edək ki, əməliyyatın vaxtı ayağa toplanan hematomanın sovrulmasından sonra mümkün olacaq. Ehtiyac duyularsa futbolçunun əməliyyatı ölkə xaricində həyata keçiriləcək.
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ