Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, martın 12-si Abşeron rayonu Xırdalan şəhərində bir qrup şəxs avtobus sürücüsünə hücum edərək onu döyüblər.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, fakta görə cinayət işi başlanılıb.
“Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı Rövşən Məmmədli saxlanılaraq istintaqa təhvil verilib. Digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir”, - deyə o, əlavə edib.
Qeyd edək ki, martın 12-si saat 21:30 radələrində bir qrup şəxs Bakı Mühəndislik Universitetinin qarşısında 135 saylı marşrut xətti üzrə avtobus sürücüsünü təkləyərək döyüblər. Ağır xəsarətlər alan sürücü Aqil Həmidov polisə müraciət edib. O, Abşeron Rayon Polis İdarəsi tərəfindən ekspertizaya göndərilib.
Bildirilib ki, hadisədən əvvəl naməlum şəxslərin olduğu minik avtomobilinin sürücüsü A.Həmidovla yol üstündə mübahisə edib. Daha sonra onlar avtobus sürücüsünü təqib ediblər və bir qrup şəxslə birgə onun yerini öyrənərək hücum ediblər.
Baş vermiş hadisə anbaan olaraq ərazidəki kameralara düşüb.
21 Mart 2025
20 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ