İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstriyalı putinpərəst keçmiş nazir Rusiya vətəndaşlığına keçir?

 

Avstriyanın keçmiş xarici işlər naziri, bu yaxınlarda Sankt-Peterburq universitetində araşdırma mərkəzinə rəhbər təyin olunan Karin Knayslın Rusiya vətəndaşlığına keçə biləcəyi danışılır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, keçmiş nazir bununla bağlı gedən söz-söhbətləri şayiə adlandırıb.

“Vurğulamaq istəyirəm ki, mənim Avstriyadan başqa heç bir vətəndaşlığım yoxdur, Rusiya vətəndaşlığını da istəməmişəm”, – deyə o bildirib.

Knayslın 20 il dərs dediyi Vyana Diplomatik Akademiyasının direktoru isə onu Avstriya vətəndaşlığından məhrum etməyi təklif edib. “Onlar deyirlər ki, mən Avstriyaya zərər verirəm, çünki Sankt-Peterburq Dövlət Universitetində dərs deyirəm”, -deyə sabiq nazir şikayətini dilə gətirib.

Qeyd edək ki, Karina Knaysl 2022-ci ildə Avstriyanı özünün dediyinə əsasən, təhdidlərə görə tərk edib. O vaxtdan onun " yaxşı tanıdığı və ərəbcə danışdığı" üçün Livana köçdüyü deyilir. 2023-cü ilin iyununda sabiq nazirin  Sankt –Peterburq universiteti nəznində yaradılan G.O.R.K.I. (Geopolitical Observatory for Russia Key Issues) mərkəzinə rəhbərlik edəcəyi məlum olub. Mərkəzin təqdimatı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda baş tutub.

Avqustun birinci yarısında Knayslı Ryazan yaxınlığındakı Petruşovo kəndində tətil keçirərkən görüblər. 58 yaşlı qadın siyasətçinin bu kənddə yayın sonuna qədər kirayə evdə qalacağı bildirilir. "Görək nə edirik, gələcəyimlə bağlı heç nə bilmirəm",- deyə eks-nazir bu yaşda hər şeyi yenidən başlamağın "asan olmadığını" qeyd edib.

Xatırladaq ki, Karin Knaysl 2017-ci ildə Avstriyanın ifrat sağçı Azadlıq Partiyası tərəfindən Avstriya xarici işlər naziri vəzifəsinə irəli sürülüb. O, avro skeptisizm və Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının qızğın tərəfdarı olub. 2018-ci ildə o, şəxsən Rusiya prezidenti Vladimir Putini öz toyuna dəvət edib. Yerli media Putinin gəlinlə rəqsini əks etdirən görüntülər yayıb. Knaysl 2019-cu ilə qədər Xarici İşlər Nazirliyinə rəhbərlik edib.

2021-ci ildə keçmiş məmur Rusiyanın “Rosneft” dövlət şirkətinin direktorlar şurasına daxil olub. Bundan əlavə, Karin Knaysl Rusiyanın dövlət televiziya kanalı, qara təbliğat maşını “Russia Today” üçün də köşə yazıları yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR