Onlayn ictimai-siyasi qəzet
Avstriyada Kirxberq ob der Donay şəhərinin meri Frans Hofer ölkənin Müllvirtel bölgəsində, Almaniya və Çexiya sərhədi yaxınlığında yerləşən Altenfelden kəndində öldürülüb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə oktyabrın 28-də yuxarı Avstriya polisinin sözçüsü Ulrik Handelbauer CNN-ə məlumat verib. O, daha bir nəfərin də güllələndiyini bildirib.
Hazırda helikopterlərin və xüsusi təyinatlıların iştirakı ilə cinayətkarın tutulması istiqamətində polis tərəfindən genişmiqyaslı əməliyyat aparılır.
Verilən məlumata görə, şübhəli şəxs “Volkswagen” markalı avtomobillə qaçdığı iddia edilən 56 yaşlı Roland Drexlerdir. Polis əlavə edib ki, hadisə ov hüququ ilə bağlı mübahisədən qaynaqlanıb. Uzun müddətdir davam edən dava-dalaşın niyə böyüdüyü məlum deyil.
Musavat.com
15 Noyabr 2024
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ