İnsanlara hürriyət, millətlərə istiqlal!

Avrozonada inflyasiya sürətlənib

May ayında avrozonada istehlak qiymətləri illik müqayisədə 2,6 faiz artıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Eurostat" açıqlayıb.

Göstərici həm ilkin qiymətləndirmə, həm də "Trading Economics" tərəfindən sorğu edilən analitiklərin konsensus proqnozu ilə üst-üstə düşür. Belə ki, inflyasiya aprel ayı ilə müqayisədə sürətlənib. Apreldə qiymətlər illik ifadədə 2,4 faiz artmaqla ötən ilin noyabrından bəri ən aşağı göstərici olmuşdu.

Mayda xidmətlərin dəyərinin artımı apreldəki illik ifadədə 3,7 faizdən 4,1 faizə qədər sürətlənib. Eyni zamanda ərzaq məhsullarının, alkoqol və tütün məmulatlarının bahalaşması bir ay əvvəlki 2,8 faizdən 2,6 faizə, sənaye məhsullarının qiyməti üzrə 0,9 faizdən 0,7 faizə enib. Enerji qiymətləri apreldə 0,6 faiz azaldıqdan sonra mayda 0,3 faiz artıb.

Ərzaq və enerji xərclərini nəzərə almasaq, qiymət artımı (CPI Core index) may ayında 2,9 faizə qədər sürətlənib. Aprel ayında bu rəqəm 2,7 faiz - 2022-ci ilin fevralından bəri ən aşağı göstərici olmuşdu.

Avrozonada istehlak qiymətləri aylıq ifadədə apreldə 0,6 faiz artdıqdan sonra may ayında aylıq 0,2 faiz artıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR