Onlayn ictimai-siyasi qəzet
Almaniyada Avropa Parlamentinin ifrat sağçı AfD partiyasından olan deputatının köməkçisi Çinin xeyrinə casusluq etməkdə şübhəli bilinərək həbs edilib.
Musavat.com xəbər verir ki, bu barədə AFR nagentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu insident Almaniyanın ifrat sağçı AfD partiyası üçün yeni zərbə oldu: bundan əvvəl təşkilat partiyanın bəzi üzvlərinin Rusiya ilə əlaqəsi olduğuna dair ittihamlar da daxil olmaqla, bir sıra qalmaqallarla üzləşib.
Federal prokurorlar bildiriblər ki, şübhəli Jian Quo Avropa Parlamenti haqqında məlumatı Çin kəşfiyyatına ötürməkdə və Almaniyadakı Çin müxalifətçilərinə casusluqda ittiham olunur.
Avropa Parlamenti Jian Quonu qarşıdan gələn Avropa İttifaqı seçkilərində AfD-nin əsas namizədi, Avropa Parlamenti deputatı Maksimilian Kraxın akkreditə olunmuş köməkçiləri siyahısına daxil edib.
Guo Almaniya vətəndaşıdır və 2019-cu ildən bəri Brüsseldə Kraxın köməkçisi kimi çalışdığı bildirilir.
Prokurorlar şübhəlinin "Çin məxfi xidmətinin üzvü olduğunu" bildiriblər.
Avropa Parlamenti açıqlamalara görə köməkçinin qurumdakı fəaliyyətini “dərhal qüvvəyə minməklə” dayandırdığını bildirib.
Almaniyanın daxili işlər naziri Nensi Feser Quoya qarşı irəli sürülən ittihamları “çox ciddi” adlandırıb və hərtərəfli araşdırma tələb edib.
Musavat.com
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ