Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqında (Aİ) bir çox yəhudi təhlükəsizliklərindən qorxaraq milli kimliyini gizlədir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Aİ-nin Fundamental Hüquqlar Agentliyinin (FRA) araşdırmasının nəticələri sübut edir.
Səkkiz mindən çox avropalı yəhudi arasında aparılan sorğuya görə, hər üç nəfərdən biri yəhudi tədbirlərindən qaçır, çünki orada özünü təhlükəsizlikdə hiss etmir.
Qeyd olunur ki, respondentlərin 80 faizi yaşadıqları ölkədə antisemitizmin artdığına inanır, respondentlərin 37 faizi isə milli mənşəyinə görə, əsasən ictimai yerlərdə təzyiqlərə məruz qaldıqlarını bildirib.
Bundan əvvəl Berlində naməlum şəxslər yerli yəhudilərin deportasiyasına həsr olunmuş abidəni təhqir ediblər. KİV-in məlumatına görə, polis Şteqlitz ərazisində abidəyə ziyan vurub. Güzgülü xatirə divarı olan abidə nasist şüarları ilə örtülübmüş.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ