İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropalı kəşfiyyatçılar “yuxudan ayıldılar”

Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndəliyi martın 16-17-də Ermənistan-Azərbaycan sərhədinin müxtəlif hissələrinə patrul dəstələri göndərib.

Musavat.com bildirir ki, bu barədə Aİ missiyasının yaydığı məlumatda deyilir. “Vəziyyət sakit və dinc olaraq qalır, heç bir qeyri-adi fəaliyyət müşahidə edilmir”, - açıqlamada deyilir.

Xatırladaq ki, martın 16-da Azərbaycan Müdafiə Nazirliyi üç dəfə Ermənistan Silahlı Qüvvələrinin sərhəd zonasının cənub-şərq hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə məlumat yayıb. Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Müdafiə Nazirliyinin xəbərini təkzib etməsinin ardınca “binokl diplomatiyası”nı davam etdirən və insidentlərin baş verməsindən sonra “yuxudan ayılan” Aİ kəşfiyyatçılarının da atəşkəsin pozulması faktını danması əslində təəccüblü deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR