İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada viza QALMAQALI: Polşa Aİ-dən çıxarıla bilər

Almaniya parlamentinin deputatı Qunnar Bek Avropa Komissiyasından Polşadakı viza qalmaqalını araşdırmağı xahiş edib. Qeyd olunub ki, Varşava rüşvət müqabilində əcnəbilərə iş vizası verib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, parlamentari Aİ-dən çıxarılmanı nəzərdə tutan 7-ci maddənin tətbiqi imkanlarına baxmağı xahiş edib.

Bek Avropa Parlamentinə məktub göndərərək, hər biri min avroya başa gələn 260 minə yaxın vizanın müxtəlif ölkələrdə, xüsusilə Afrika və Asiyada Polşa konsulluqları vasitəsilə satıldığını qeyd edib.

"Aİ sərhədlərin qanunsuz keçməsinə şərait yaradan və ya yardım edən fiziki və hüquqi şəxsləri təqib etmək hüququna malikdir", - deyə Avropa Parlamentinin Almaniyadan olan üzvü məktubda qeyd edib.

Qunnar Bek xatırladıb ki, ictimaiyyət qalmaqaldan xəbər tutduqdan sonra Petr Vavrşik Polşa xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini vəzifəsindən qovulub, 7 əməkdaş isə rüşvətxorluqda ittiham olunub.

Polşa müxalifətinin lideri Donald Tuskun sözlərinə görə, 30 ay ərzində Afrika və Asiyada Polşaya 250 min iş vizası verilib. Belə ki, Hindistanda insanlar bir viza üçün 40 min dollara qədər pul ödəyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR