İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa və NATO ölkələrinin qərargah rəisləri Parisdə Ukraynaya dəstəyi müzakirə edirlər

Avropa və NATO-ya üzv olan 30-dan çox ölkənin silahlı qüvvələrinin qərargah rəisləri Parisdə Ukraynaya göstərilən hərbi dəstəyi və regionda atəşkəsin təmin edilməsini müzakirə edirlər.

Musavat.com xəbər verir ki, “France 24”ün məlumatına görə, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer Ukraynadakı münaqişənin dayandırılması üçün "istəkli koalisiya" yaratmaq təşəbbüsünə rəhbərlik edirlər.

Bu koalisiyanın məqsədi regionda sabitliyin bərqərar olunmasına və Ukraynaya davamlı dəstəyin təmin edilməsinə yönəlib.

Mənbələrin verdiyi məlumata əsasən, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Polşanın müdafiə nazirləri çərşənbə günü Parisdə əlavə görüş keçirəcəklər. Görüşün əsas mövzusu Avropanın yenidən silahlanması və Ukraynaya göstəriləcək hərbi yardımın gücləndirilməsi olacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR