Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın Avropa mallarına gömrük rüsumları tətbiq etmək planları ilə bağlı Brüssel və London aylardır müxtəlif ssenarilərə hazırlaşır.
Musavat.com xəbər verir ki, məlumatı “Politico” məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yayıb.
Rəsmilər Trampı Avropa ixracatına rüsum tətbiq etməməyə inandırmağa ümid etdiklərini, lakin cavab rüsumları da daxil olmaqla, bütün tədbirləri görməyə hazır olduqlarını bildiriblər.
Bundan əlavə, Böyük Britaniyanın baş naziri Keir Starmer də daxil olmaqla, Avropa liderləri tez bir zamanda Ukraynaya dəstək yükünü öz çiyinlərinə götürməyə və gələcək razılaşmalar üzrə Trampla danışıqlara hazır olduqlarını nümayiş etdirmək üçün planlar hazırlayırlar.
Bundan əvvəl Tramp Brüssel ABŞ-dan neft və qaz alışının həcmini artırmasa, Aİ-yə daha yüksək idxal rüsumları tətbiq etmək niyyətində olduğunu açıqlamışdı: "Mən Avropa İttifaqına dedim ki, o, ABŞ-la olan böyük ticarət kəsirini bizim neft və qazımızın alışını əhəmiyyətli dərəcədə artırmaqla doldurmalıdır. Əks halda, o, tam qüvvədə tariflərlə üzləşəcək!".
Musavat.com
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ