İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa ölkələri Ukraynaya qoşun göndərməyə hazırlaşır

Bir qrup Avropa ölkəsi gizli şəkildə Ukraynaya qoşun göndərmək planı üzərində işləyir.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Associated Press" yayıb.

Məlumatda qeyd olunur ki, məqsəd gələcəkdə Rusiya ilə bağlanacaq hər hansı sülh razılaşmasının icrasına nəzarət etməkdir. AP yazır ki, bu təşəbbüsə Böyük Britaniya və Fransa rəhbərlik edir, lakin planın detallarını açıqlamamaq qərara alınıb ki, bu, Rusiya Prezidenti Vladimir Putinə danışıqlarda üstünlük verməsin.

Estoniyanın müdafiə naziri Hanno Pevkur Münhen Təhlükəsizlik Konfransında agentliyə bildirib ki, məsələ hələ ilkin mərhələdədir.

Onun sözlərinə görə, əgər Rusiya və Ukrayna cəbhə xəttindəki qüvvələrini "bir neçə min əsgər" səviyyəsinə qədər azaltsa, Avropa qoşunlarının orada olması problem yaratmayacaq. Lakin müharibə qızğın şəkildə davam edərsə, vəziyyət daha mürəkkəb olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR