İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyasından Birləşmiş Ərəb Əmirliklərinə xəbərdarlıq  

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen G20 sammitində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyandan sanksiyaya məruz qalan malların Rusiyaya ikili ixracı ilə bağlı məhdudiyyətlər tətbiq etməyi tələb etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, "Bloomberg"in yaydığı məlumata görə, söhbət “hərbi məqsədlər üçün” istifadə edilə biləcək mal və texnologiyaların Rusiya Federasiyasına idxalının qarşısının alınmasından gedir.

BƏƏ səlahiyyətliləri "Bloomberg"in bu məlumatı şərh etmək istəyinə cavab olaraq bildiriblər ki, ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib, lakin ABŞ kimi ölkələrlə beynəlxalq müqavilələrə əməl edir.
Qeyd edək ki, artıq bir çox mənbələr BƏƏ-nin Rusiyaya qadağan olunan mallarınb ikili idxalında əsas vasitəçilərdən biri kimi təqdim edir. 2022-ci ilin sonunda Moskva ilə Əbu-Dabi arasında ticarət dövriyyəsi 68 faiz artaraq 9 milyard dollara çatıb. İndiyədək ölkələr arasında ticarətin belə artımı heç vaxt qeydə alınmayıb.


BƏƏ həmçinin Qərbə ixracı qadağan olunan Rusiya mallarının, xüsusilə də qızıl və almazın Ermənistan üzərindən alınaraq, reixracında mühüm həlqədir. Belə ki, təkcə bu ilin 5 ayında Ermənistanla BƏƏ-nin ticarət dövriyyəsi 6 dəfəyə yaxın artaraq 465 milyon 106 min dollar təşkil edib. Bunun mütləq hissəsi Ermənistanın BƏƏ-yə qızıl-almaz məmulatları ixracıdır. Hələlik Qərbdən Ermənistana bu vasitəçiliyə görə hər hansı ciddi xəbərdarlıq edilməyib...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR