İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqının ali nümayəndəsi BMT və Türkiyəyə təşəkkür edib

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel “Taxıl sazişi”nə görə BMT və Türkiyəyə təşəkkür edib.

Musavat.com xəbər verir ki, o, bununla bağlı tviter səhifəsində paylaşım edib.

Ali nümayəndə BMT və Türkiyənin Rusiyanın Ukrayna taxılını ixrac etmək üçün Qara Dəniz Taxıl Təşəbbüsünə qaytarılmasında göstərdikləri köməyi yüksək qiymətləndirib.

“Ərzaq heç vaxt müharibə silahı kimi istifadə edilməməlidir. Taxıl ixracı qlobal ərzaq böhranına qarşı çıxmaq üçün vacibdir. Biz bütün tərəfləri təşəbbüsü genişləndirməyə çağırırıq”, - J.Borrel vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR