İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı ilə Çin arasında elektromobil böhranı: Pekindən sərt etiraz

Avropa İttifaqının Çinin elektromobil istehsalını subsidiyalaşdırılması ilə bağlı araşdırması qlobal avtomobil təchizat zəncirlərini poza bilər.

Musavat.com xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi macar həmkarı Peter Sijarto ilə telefon danışığı zamanı bildirib.

Çin Xarici İşlər Nazirliyinin saytında yer alan məlumata görö, Vanq Yi deyib ki, Aİ-nin Çinin elektromobil istehsalına verilən subsidiyalarla bağlı araşdırması beynəlxalq ticarətin əsas qaydalarını pozur.

Onun sözlərinə görə, Çin yaşıl, aşağı karbonlu və davamlı inkişaf yoluna sadiqdir və bu, “AB-nin izlədiyi kursa tam uyğundur”. "Çin və Avropa rəqib deyil, tərəfdaşdır" deyən Van Yi əlavə edib ki, sənaye inkişafı "proteksionizmə deyil, ədalətli rəqabətə əsaslanmalıdır".

Qeyd edək ki, sentyabrın 13-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen dünya bazarının ucuz Çin avtomobilləri ilə dolu olduğunu və Aİ-nin buna müqavimət göstərəcəyini bildirib. Nəticədə Avropa İttifaqı Çindən elektriklə işləyən avtomobillərin tədarükü üçün mümkün subsidiyalarla bağlı araşdırmaya başlamaq qərarına gəlib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Aİ ilə Çin arasında bu məsələyə görə yaranan gərginliyi şərh edərkən, Brüsselin Çinlə ticarət müharibəsindən qaçmaq və öz maraqlarını qorumaq istədiyini bildirib: "Biz heç bir ticarət müharibəsi istəmirik. Əksinə, mövcud zəiflikləri aradan qaldırmaq üçün Çinlə münasibətlərimizi yenidən balanslaşdırmaq istərdik.

Bloomberg TV-yə müsahibə verən Şarl Mişelin sözlərinə görə, Avropa Ukraynadakı münaqişədən sonra qalıq yanacaq idxalında Rusiyadan asılılıq dərsi alıb və bunu Çinlə münasibətlərində nəzərə alır: “Başqa ölkədən güclü asılılıq olduqda pisdir". O, həmçinin Aİ-nin “Çin ilə fəal əməkdaşlıq etdiyini” bildirərək, eyni zamanda Birliyin “Avropa maraqlarını qoruya biləcəyinə” əminliyini ifadə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR