İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı arzusu Moldovanı Dnestranı bölgəsindən məhrum edir

 

Tanınmamış Dnestryanı Administrasiyası gözlənilməz bir təşəbbüslə çıxış edərək, Avropa İttifaqına qoşulmaq barədə referendum keçirmək niyyətində olduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, bu bəyanat bu gün Moldovada prezident seçkiləri və Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirilməsi fonunda verilib. Separatçı rejimin administrasiyasının mətbuat məlumatında qeyd olunub ki, Dnestryanı rəhbərliyi Kişinyovun bu regionda səsvermə məntəqələri təşkil etməməsindən olunmasına narazıdır. "Kişinyovun Dnestryanı xalqının mövqeyini nəzərə almadığına görə, biz də öz ərazimizdə Avropa İttifaqına münasibət barədə referendum keçirməyi mümkün hesab edirik," – deyə tanınmamış  qurumun rəsmi açıqlamasında deyilir.

Referendum təklifi Kişinyovla Tiraspol arasındakı onsuz da gərgin olan münasibətlərdə gözlənilməz bir dönüm nöqtəsi olub. Dnestryanı Administrasiya bəyan edib ki, Moldovanın hərəkətlərinə baxmayaraq, regionun bütün sakinlərinə Aİ-yə qoşulma perspektivlərinə münasibətlərini ifadə etmək imkanı vermək niyyətindədir. Tiraspol rəsmiləri bildirirlər ki, "xalqın fikrini nəzərə almayan" Moldova rəhbərliyinin addımlarını qəbul etmirlər.

Rəsmi Kişinyov Dnestryanının bəyanatına soyuq reaksiya verib. Dnestryanı ilə əlaqələrə məsul olan Reinteqrasiya siyasəti bürosu Tiraspolun təşəbbüsünü "manipulyativ" və "xarici qüvvələrin təzyiqi altında" olaraq xarakterizə edib. Qurum həmçinin qeyd edib ki, Dnestryanı rəhbərliyi jurnalistlərin və mədəniyyət xadimlərinin regiona çıxışına "əlavə maneələr yaradır".

Xatırladaq ki,Avropa İttifaqı Moldova və Gürcüstanı bu dövlətlərin bəzi hissələrini nəzərə almadan birliyə qəbul etmək ideyasını gizlətməmişdi. Bu barədə Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Peter Stanonun bəyanatında deyilirdi ki, Aİ Dnestryanı, Abxaziya və Cənubi Osetiya ərazilərini istisna etmək istəyir: “Avropa İttifaqı Moldova və Gürcüstanın hissə-hissə, yəni Brüsselin suverenliyini tanımadığı Dnestryanı, Cənubi Osetiya və Abxaziyasız ittifaqa qəbul edəcək”. Gürcüstanın Avropa İttifaqına üzvlülük proseduru artıq dayanıb, Moldova vətəndaşları isə bununla bağlı bu gün referendumda öz mövqeyini bildirəcək.

 

Nəsimi,
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR