Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin ticarət müharibələri fonunda avronun məzənnəsi yüksəlməkdə davam edir.
Musavat.com xəbər verir ki, bu gün avronun dollar qarşısında məzənnəsi 1,082 səviyyəsinə çatıb. Son ayyarım ərzində avronun dəyəri 4 faizdən çox artıb. Yanvarın 13-də bir avro 1,04 dollar idi.
Ekspertlər bahalaşmanı ticarət gərginliyi, Avropa Mərkəzi Bankının faiz endirimi və ABŞ iqtisadiyyatı ilə bağlı narahatlıqlarla əlaqələndirirlər. Donald Trampın gömrük siyasəti isə ticarət və maliyyə bazarlarına əlavə təzyiq yarada bilər.
Avronun bahalaşması Azərbaycanda da hiss olunur. Son ayyarımda rəsmi məzənnə 1,736 manatdan 1,838 manata yüksəlib. Kommersiya banklarında isə avronun satış qiyməti 1,86-1,87 manat civarındadır.
Musavat.com
09 Mart 2025
08 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ