Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Ermənistanda “Ayakve” adı verilən, Konstitusiya səviyyəsində “Qarabağın Azərbayanın tərkib hissəsi olaraq tanınmasının cinayət sayılması"nı nəzərdə tutan təşəbbüs işini başa çatdırıb. Bununla bağlı müvafiq sayda imza toplanıb Seçki komissiyasına təqdim olunub.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, təşəbbüsün koordinatoru Avetik Çalabyan hökumətə qarşı sərt ifadələr işlədib.
Avetik Çalabyan hakim “Vətəndaş sazişi” fraksiyasının onların qanun layihəsinə səs vermək istədiyinə əmin olmadığını bildirib. Onun fikrincə, Ermənistan vətəndaşları Paşinyanın partiyasını buna məcbur etməlidir.
Əgər “Vətəndaş sazişi” buna zidd gedərsə, biz onları tarixin zibilliyinə göndərməliyik, başqa yol yoxdur”, - deyə Avetik Çalabyan bildirib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ