İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT PA-da Qərbi azərbaycanlılarla bağlı məsələ qaldırıldı - VİDEO

ATƏT PA-nın Vyanada keçirilən qış sessiyası çərçivəsində, Azərbaycan nümayəndələri, habelə Tural Gəncəliyev İnsan Hüquqları Komitəsinin iclasında çıxış edərək, Ermənistanın təcavüzü nəticəsində indiki Ermənistan ərazisindən yüz minlərlə Qərbi Azərbaycanlı icmasının qovulduğunu, onların əsas insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu, sözügedən insanların öz torpaqlarına geri dönə bilmədiklərini xüsusi qeyd ediblər.

Musavat.com xəbər verir ki, çıxışlarda habelə, 4000 nəfər itkin düşmüş azərbaycanlı haqqında hələ də heç bir xəbər olmadığı, mina problemi, Azərbaycana məxsus tarixi və mədəni irsin dağıdılması və Ermənistanın törətdiyi digər cinayətlər haqqında məlumatlar ATƏT iştirakçı ölkələrinin parlamentarilərinin diqqətinə çatdırılıb.

Qərbi azərbaycanlı icmasının pozulmuş hüquqlarının bərpa edilməsi məsələsi ilə bağlı çıxışın videosunu təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR